Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 00:09

Prezidentin qardaşının qətli ilə bağlı məhkəmə başlayıb


Siti Aisyah

Şimali Koreya prezidenti Kim Çen İn-in qardaşının öldürülməsi ilə bağlı cinayət işi Malayziyanın ali məhkəməsinə verilib.

Müttəhimlər kürsüsünə 2 nəfər-25 yaşlı İndoneziya vətəndaşı Siti Ayşa və 29 yaşlı Vyetnam vətəndaşı Doan Thi Huong çıxarılıb.

İstintaqın versiyasına görə qətlin icraçıları məhz onlar olublar.

Belə cinayətlərə görə Malayziyada maksimum cəza ölüm hökmüdür.

Hər iki müttəhim ittihamı rədd edir, deyirlər ki, hətta nəyə getdiklərini belə bilməyiblər, elə biliblər ki, hansısa bir şou-çəkilişdə iştirak edirlər.

Cənubi Koreya hakimiyyəti əmindir ki, bu qətlin arxasında Şimali Koreya durur.

Amma rəsmi Pxenyan ittihamı rədd edir.

Kim Çen Nam 2017-ci il fevralın 13-də Malayziyanın hava limanında öldürülüb.

Tibbi ekspertizanın rəyinə görə ona iynə ilə əsəb sistemini sıradan çıxaran zəhərli VX maaddəsi vurulub. Bu maaddə kimyəvi silah hesab olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG