Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 03:35

Türkmənistanda "Gülənçilərin" həbsi davam edir


Foto arxiv

Türkmənistanda keçmiş türk litseyləri və Türkiyə məktəblərində təhsil almış tələbə və müəllimlərin həbsi davam edir.

Azadlıq Radiosu Türkmənistan xidmətinin məlumatına görə, son ay ərzində təkcə Lebap vilayətində azı 50 nəfər həbs edilib.

Onlar hazırda ABŞ-da yaşayan türkiyəli ilahiyyatçı Fətullah Gülen hərəkatı ilə bağlılıqda ittiham olunurlar.

Hüquq-mühavizə orqanlarının adlarının çəkilməsini istəməyən nümayəndələri radioya bildiriblər ki, xüsusi xidmət orqanlarının əməkdaşları aprelin 23-də gecə saat22:00 radələrində vilayətin Astana Baba Atamıratrayonunda böyük reyd keçiriblər.

Bu məlumatı hakimiyyətə yaxın olan başqa mənbə də təsdiqləyib.

Həmin mənbə həmçinin aprelin 29-da Lebap-da daha bir reyd keçirildiyini bildirib.

Azadlıq Radiosunun Türkmən xidməti ilk həbslər barədə hələ 2016-cı ilin oktyabrında məlumat yaymışdı.

Mənbə həmin vaxt 150-dən çox adamın həbs edildiyini bildirirdi.

Onların əksəriyyəti sonradan sərbəst buraxılsa da onlarla adama uzunmüddətli həbs cəzası kəsilib.

Qeyd edək ki, Türkiyə hakimiyyəti Fətullah Güleni 2016-cı ilin iyulunda Türkiyədə edilən qiyam cəhdinin əsas təşkilatçısı hesab edir.

Fətullah Gülen ittihamı rədd edir.

Həmin vaxtdan bu yana Türkiyənin özündə minlərlə adam həbs edilib və ya işdən kənarlaşdırılıb.

Bundan sonra Türkiyə hökumətinin istəyi ilə bir sıra xarici ölkəlkərdə Gülənlə bağlı olan litsey və məktəblər bağlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG