Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 16:27

Moskva və Moskva vilayətində qasırğadan ölənlərin sayı 16 nəfərə çatıb


Foto arxiv

Moskva və Moskva vilayətində qasırğada ölənlərin sayı 16 nəfərə çatıb.

Bu barədə mayın 30-da RİA Novosti məlumat verir.

Bundan başqa 100-dən çox adamın yaralandığı bildirilir.

Qasırğa paytaxt Moskvada ağacları dibindən qoparıb, 140-dan çox hündürmərtəbəli administrativ və yaşayış binasının damına ziyan dəyib.

Hazırda qasırğanın vurduğu ziyanın məbləği hesablanır.

Rusiya istintaq komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko mayın 30-da jurnalistlərə bildirib ki, Moskva və Moskva ətrafında 14 nəfər ölüb ki, onlardan 11-i paytaxtda, 3-ü isə Moskva vilayətində qeydə alınıb.

Amma Moskva ətrafının qubernatoru Andrey Vorobev sonradan Moskva ətrafında ölənlərin 5 nəfər olduğunu deyib.

Moskva hökuməti ölənlərin ailələrinə kompensasiya verilməsini müzakirə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG