Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 22:05

Misir Rusiyadan islamçı yaraqlılarla mübarizədə dəstək istəyib. Mayın 29-da iki ölkənin xarici işlər nazirləri Misirdə görüşüblər.

Misir Liviyanın şərqində yerləşən yaraqlı düşərgələrinə hava zərbələri endirir. Ötən həftə ibadətə gedən kopt xristianlarına hücumda 29 nəfər ölüb, 24 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması üzərinə götürüb. Misir də zərbələri məhz həmin hücumdan sonra endirməyə başlayıb.

Misir Sinay yarımadasında da İŞİD yaraqlıları ilə mübarizə aparır. Qruplaşma 2015-ci ilin noyabrında Rusiya təyyarəsinin partladılmasına görə məsuliyyəti üzərinə götürmüşdü. Həmin hücumda təyyarədəki 224 nəfər həlak olmuşdu.

«Ümid edirik, terrorçuluğun məhvindən ötrü birgə işləməyimiz naminə Rusiya əlindən gələni edəcək», – Misirin xarici işlər naziri Sameh Shoukry rusiyalı həmkarı Sergei Lavrov-la görüşdə deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG