Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:21

Şiə döyüşçülər Suriya ilə sərhədi tutublar


İraqda şiə döyüşçülər.

İraqda İranın dəstəklədiyi şiə qüvvələri Suriyayla sərhəd kəndlərdən «İslam Dövləti» (İŞİD) qruplaşması yaraqlılarını çıxardıqlarını bildirirlər.

Mayın 29-da verilən bu açıqlama prezident Bashar al-Assad rejiminə İran silahlarının göndərilməsi üçün xəttin yenidən açılmasına doğru bir addım sayılır.

Xalq Səfərbərlik Qüvvələri Bəəc şəhərinin şimalından Suriya sərhədinə doğru irəliləyişi «Ramazan möcüzəsi» adlandırıb. Qeyd edək ki, mayın 27-dən müqəddəs orucluq ayı başlanıb.

Assad-a silah təchizatı bərpa olunarsa, bu, rejimə qarşı altı illik mübarizədə ona üstünlük qazandırmış olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG