Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 15:23

Macron Putin-ə tələbkar yanaşacağını deyir


Emmanuel Macron və Vladimir Putin

Fransanın yeni prezidenti Emmanuel Macron deyir ki, mayın 29-da Versal sarayında rusiyalı həmkarı Vladimir Putin-lə görüşündə ona «tələbkar» yanaşacaq.

Mayın 7-də böyük səs fərqiylə qalib gəlmiş Macron deyib ki, «Rusiyayla danışmaq vacibdir, çünki bir sıra beynəlxalq məsələlərin həlli onlarla sərt dialoq olmadan mümkün deyil».

Həmin çətin məsələlər sırasında Moskvanın Fransada prezident seçkisinə iddia olunan müdaxiləsi var. Həmçinin, Kremlin Suriya prezidenti Bashar al-Assad-a dəstəyi, Ukraynaya müdaxiləsi də müzakirə olunacaq mövzulardandır.

Keçmiş kral sarayındakı görüş Rusiya çarı Böyük Pyotr haqda sərgiylə eyni vaxta düşür.

Mayın 27-də Böyük Yeddilik ölkələrinin sammitində liderlər razılaşıblar ki, Ukraynadakı durum düzəlməsə, Moskvaya qarşı yeni tədbirlərə əl atsınlar. Macron da həmin sammitdən sonra danışıb.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra Qərb dövlətləri ona sanksiyalar qoyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG