Masallı rayonu, Viləşçay çayında batan iki nəfərin cəsədi tapılıb.
Fövqəladə Hallar Nazirliyi bildirir ki, 2002-ci il təvəllüdlü Abbasov Şəmsəddin Qəhrəman oğlunun və digər vətəndaşın cəsədi sakinlər tərəfindən tapılaraq sudan çıxarılıb. Cəsədlər aidiyyəti üzrə təhvil verilib.
Bundan öncə nazirlik Viləşçay çayının Masallı rayonu ərazisindən keçən hissəsində 2 nəfərin batdığını, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin vətəndaşların axtarışlarına başladığını bildirirdi.