Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 14:24

ABŞ prezidenti Donald Trump bu vəzifədə ilk xarici səfərini başa vurub. O, İtaliyanın Siciliya adasındakı Sigonella Donanma Hava qüvvələri məntəqəsində ABŞ hərbçiləri və onların ailə üzvləri qarşısında çıxış edib.

Elə həmin çıxışdan dərhal sonra, mayın 27-də Trump-ın təyyarəsi Siciliyadan Birləşmiş Ştatlara yollanıb.

Buna da bax:​ Trumpın kürəkəni ilə bağlı yeni iddia

Trump doqquz günlük səfər çərçivəsində Səudiyyə Ərəbistanı, İsrail, Fələstin torpaqları, İtaliya və Belçikaya səfər edib.

ABŞ prezidenti çıxışında ötən həftənin “həqiqətən də tarixi” olduğunu söyləyib.

NATO sammitiylə bağlı o deyib ki, “NATO-ya pul indi o ölkələrdən gələcək ki, mən prezident seçilməsəydim, heç vaxt bunu etməyəcəkdilər”.

Buna da bax:​ Donald Trump: ‘Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşıdır’

Trump-ın hansı puldan danışdığı aydın deyil. Almaniya müdafiə xərclərini ÜDM-nin 2 faizinə çatdırmağa boyun olub.

D.Trump onu da bildirib ki, Birləşmiş Ştatlar “həmişə NATO-nun arxasındadır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG