Keçid linkləri

Təcili xəbərlər
2018, 25 May, Cümə, Bakı vaxtı 17:19

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti mayın 28-dən 30-dək Latviyada səfərdə olacaq.

Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Kamran Bayramov, Ülviyyə Ağayeva, Rövşən Rzayev, Malik Həsənov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Səfər zamanı nümayəndə heyətinin üzvləri Latviya Seymində olacaq, ölkə parlamentinin fəaliyyəti,qanunvericilik yaradıcılığı və orada deputatlara yaradılmış şəraitlətanış olacaqlar.
Seymin binasında Oqtay Əsədovun LatviyaSeyminin spikeri xanım İnara Murniyetse ilə görüşü gözlənilir.

Görüşdə parlamentlərarası əlaqələrin müzakirə ediləcəyi bildirilir.

Səfər çərçivəsindəOqtay Əsədovun Latviya prezidenti, ölkənin baş naziri, xarici işlər və iqtisadiyyat nazirləri ilə də görüşləri nəzərdə tutulur. Bu görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, siyasi və iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilməlidir.
Səfər çərçivəsində Milli Məclisin nümayəndə heyətiAzərbaycan Cümhuriyyətinin yaradılmasının 99 illiyinə həsr edilmiş tədbirdə də iştirak edəcəklər.

Xatırlatma

99 il bundan öncə mayın 28-i Şərqdə ilk demokratik ölkə kimi dəyərləndirilən Azərbaycan Cümhuriyyətiqurulub.

Cəmi 23 ay hökm sürən Azərbaycan Cümhuriyyəti 1920-ci il aprelin 28-də Rusiyadan gələn XI Qızıl Ordunun işğalı ilə son qoyulub. Azərbaycan birdə müstəqilliyinə 1991-ci ildə qovuşub.

Günün bütün mövzuları

XS
SM
MD
LG