Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 05:46

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 125 dəfə pozublar.

Bu zaman, iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da (7 mərmi) istifadə edildiyi açıqlanıb .

Məlumatda vurğulanır ki, Ermənistanın İcevan rayonundan Qazax rayonunun Bala Cəfərli, Berd rayonundan da Tovuz rayonunun Ağbulaq və Muncuqlu kəndləri atəşə tutulub.

Buna da bax:​ Komissiyadan naməlum məzarlarla bağlı xəbərdarlıq

Bundan başqa, Krasnoselsk rayonundan isə Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanıb.

Nazirlik bildirir ki, Ağdam rayonunun işğal altında olan Şıxlar, Qaraqaşlı, Cəvahirli, Kəngərli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz və Aşağı Veysəlli kəndləri yaxınlığında da Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.

Habelə, Tərtər, Göygöl və Goranboy rayonları istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin vurulduğu bildirilib

Buna da bax:​ XİN: 'Bu, Ermənistanın növbəti təxribatıdır'

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Atəşkəs 13 ildir davam edir. Ancaq, hər gün tərəflər bir-birlərini atəşkəs pozuntusunda ittiham edirlər.

Ötən il aprelin 2-dən 5-nə kimi isə cəbhədə iri silahlar işə düşüb. Hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı yenidən razılıq əldə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG