Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 03:07

Mayın 27-si Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Ancaq gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 14-17, gündüz 20-25, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti olacaq

Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, yağış yağacağı bildirilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 13-18, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, qeyri-sabit hava şəraiti mayın 28-də də davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG