Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 13:04

Ağ ev Obama administrasiyasının Rusiyaya qoyduğu sanksiyaları nəzərdən keçirir. Hazırda bu sanksiyaların saxlanıb-saxlanmayacağına dair Donald Trump administrasiyasının konkret mövqeyi yoxdur.

Bunu mayın 25-də Ağ evin iqtisadi məsələlər üzrə müşaviri Gary Cohn deyib.

Onun sözlərinə görə, Avropa liderləri prezident Donald Trump-dan sanksiyaları uzatmaq planı barədə soruşublar. NATO-nun Brüssel sammiti çərçivəsində verilən bu sualı Trump belə cavablandırıb ki, hələlik, nə edəcəyinə qərar verməyib.

Bu sanksiyalar Rusiyaya 2014-cü ildə, Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra qoyulub.

«Məncə, prezident hazırda bu məsələyə baxır. İndilik, elə bir mövqeyimiz yoxdur», – Cohn deyib. O, Trump-ın «bir sıra variantları» gözdən keçirdiyini bildirib.

Trump seçki kampaniyası zamanı deyirdi ki, sanksiyaların qaldırılmasına açıqdır. Ancaq BMT-dəki səfiri Nikki Haley bildirib ki, Rusiya Krımı Ukraynaya qaytarmayınca, sanksiyalar ləğv olunmayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG