Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:43

Prokurorluq generalın köməkçisinin həbsdən buraxılmasına etiraz edir


General Rail Rzayev. 11Fev2007

Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qətlə yetirilən komandanı, 2009-cu ilin fevralında qətlə yetirilmiş general Rail Rzayevin ölümündən dərhal sonra köməkçisi Aydın Rəfiyev həbs olunmuşdu.

Aydın Rəfiyev, eləcə də oğlu Anar Rəfiyev hadisədən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edib, külli miqdarda qızıl-zinət əşyaları, xeyli dərman, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlamaqda təqsirləndirilirdi.

Buna da bax:​ Mərhum generalın köməkçisi həbsdən buraxıldı

Oğurluq, mənimsəmə, ifadə verməkdən boyun qaçırma və s. əməllərdə ittiham olunan Aydın Rəfiyev 9 il, oğlu Anar Rəfiyev isə 7 il 6 ay azadlıqdan məhrum edilmişdi.

Aydın Rəfiyev bir müddət əvvəl həbsdən buraxılıb. Amma prokurorluq onun vaxtından əvvəl həbsdən azad olunmasına etiraz edir. Dövlət ittihamçısı Rauf Əsgərov onun azadlığa buraxılması haqda Qaradağ Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Buna da bax: Qətl var, amma nə sifarişçi, nə də qatil var...

Amma Bakı Apellyasiya Məhkəməsi protesti təmin etməyib. Prokurorluq apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya protesti verib.

Mayın 25-də Ali Məhkəmədə Əli Seyfəliyevin sədrlik etdiyi hakimlər kollegiyası şikayətə baxıb. Prokurorun protesti yenə təmin olunmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG