Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 22:01

Xəzər Dəniz Neft Donanmasının keçmiş işçisi: 'Pulumu verin'


Arxiv fotosu

"Pulu tam almaq üçün gərək səs-küy salasan, məhkəməylə hədələyəsən, məhkəməyə düşəsən, sonra danışıqlar başlasın, razılaşma xahiş olunsun, ərizəni məhkəmədən geri çəkdirsinlər, ondan sonra halal pulunu özünə versinlər. Bir sözlə, illərlə ağır işlərdə çalışıb halal pulunu almaqdan ötrü bütün əsəblərin, səhhətin əlindən getməlidir".

Buna da bax:​ Neftçilərdən prezidentə və birinci vitse-prezidentə şikayət

396 MANATLA RAZILAŞMIR

Qulam Səmədov Xəzər Dəniz Neft Donanmasının keçmiş işçisidir. Deməsinə görə, pensiya yaşına çatanda ondan pensiya ilə əlaqədar öz xahişi ilə ərizə yazıb işdən çıxmasını tələb ediblər. O da maddəylə işdən çıxarılmamaq üçün öz xoşuyla ərizə yazıb. Ancaq son haqq-hesab vaxtı ona cəmi 396 manat ödənilib ki, bu məbləğlə razılaşmır:

"18 il Donanmanın gəmilərində ağır işlərdə çalışmışam. Şirkət mənə 1350 manat ödəməlidir, ancaq cəmi 396 manat ödəyib. Hesablaşma düzgün aparılmır, işçilərin pulları mənimsənilir. Stajı məndən az olanlar var ki, onlara da 250 manat ödəmişdilər, həmin işçilər sonadək tələblərindən əl çəkmədilər, nəhayət, ədalət bərqərar oldu, o adamlara 1300 manatlarını tam ödədilər. İndi eyni oyunu mənim başıma açırlar. Mən və mənimlə eyni vaxtda işdən çıxarılanlar hələ də pulumuzu tam şəkildə ala bilmirik”.

Buna da bax:​ 'İtkin neftçilərin maaşları ailələrinə verilsin'

Qulam Səmədov deyir, dəfələrlə şirkətin mühasibatlığına müraciət edib, lakin ona 396 manatdan çox pul düşmədiyi bildirilib. Donanmanın rəhbərliyinə yazdığı məktublarsa cavabsız qalıb.

“HESABLAMADA YANLIŞLIQ OLMAYIB”

Xəzər Dəniz Gəmiçiliyi ASC-dən "Qaynar xətt"ə bildirilib ki, öz təşəbbüsü ilə əmək müqaviləsinin ləğvini xahiş edən işçilərə müstəsna hal kimi orta aylıq əməkhaqqının beş misli məbləğində müavinətin ödənilməsi nəzərdə tutulub. 2 il əvvəl Qulam Səmədovun yazılı ərizəsi nəzərə alınmaqla, onunla əmək müqaviləsi qarşılıqlı razılaşmayla ləğv edilib. Q. Səmədova düşən müavinət hesablanaraq özünə verilib. ASC-yə müraciətləri araşdırılıb və bir daha hesablamalar aparılıb, nəticədə müavinətin hesablanmasında yanlışlıq olmadığı dəqiqləşib.

Buna da bax:​ Min manata neftçi ömrü

Hüquqşünas Namizəd Səfərov deyir, neft və gəmiçilik sahəsində çalışanların çoxu işdən ayrılanda birdəfəlik müavinət məsələsində mübahisə yaranır. "Hətta məhkəməyə verib iddiası təmin olunan keçmiş işçilər də var. Vətəndaş məhkəməyə müraciət etsə, qanunla hüquqlarının bərpasına və müavinətin tam şəkildə alınmasına nail ola bilər", – hüquqşünas deyib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG