Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 11:42

Gürcüstan Azərbaycanın əsas kartof ixracatçısına çevrilib


Kartof

2017-ci ilin birinci rübündə Azərbaycana ümumilikdə 60 min ton kartof idxal edilib. Onun 7,2 min tonu toxumluq olub. Bu göstərici ötən ilin eyni dövründən 20 faiz azdır.

Gürcüstan Azərbaycana kartof ixracının lideridir. 3 ayda qonşu ölkədən 22 min 395 ton kartof tədarük edilib. Həmin kartofa görə, 4 mln. 455 min dollar ödənilib.

Buna da bax:​ Kartofçuluğun iki problemi

Ənənəvi tədarükçü olan İrandan isə 19 min 150 ton kartof alınıb. Eləcə də, Rusiya, Türkiyə, Belarus və Pakistandan kartof idxal olunub.

Kartof idxalı sahibkarlara 11 mln 236 min dollara başa gəlib. Ötən ilin 1-ci rübündə 1 kq kartof Azərbaycan gömrüyündə 0,18, bu il isə 0,196 dollara bəyan edilib.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2016-cı ildə Azərbaycanda 1 nəfərə 72,3kq/il kartof istehlak edilib. Bu, əvvəlki ildəkindən 800 qram çoxdur. Beş il əvvəl bu göstərici 59,3 kq olub.

Buna da bax:​ Prezident: 'Kartofla təminat bir az aşağı düşüb'

Ötən il Azərbaycanda əkin sahələrində 902,4 min ton kartof istehsal edilib.

Bu, 2015-ci ildən 7,4 faiz çoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG