Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:00

Ukrayna Rusiyaya sərnişin dəmiryol reyslərini dayandırmaq fikrində deyil


Foto arxiv

Ukraynanın dəmiryol idarəsi, Rusiya ilə Ukrayna arasında sərnişin qatarlarının hərəkətini dayandırmaq fikrində olmadığını bəyan edib.

Bu barədə mayın25-də “Ukrainskaya pravda” məlumat yayıb.

Qeyd edək ki, Rusiyanın “Kommersant” qəzeti bundan əvvəl belə bir məlumat yaymışdı ki, Kiyeviyulun 1-dən Ukrayna ilə Rusiya arasında qatarların hərəkətini dayandırmaq fikrindədir.

Ukraynanın dəmiryol idarəsi məlumatı təkzib edib və hətta belə ideyanın nəzərdən keçirilmədiyini bildirib.

Ukrayna ötən həftə Rusiya ilə yükdaşımaları dayandırıb, həmçinin Rusiyanın hüquqi və fiziki şəxslərinə qarşı sanksiyaları genişləndirib.

Xüsusilə Rusiyanın “Vkontakte” və”Odnoklasniki” sosial şəbəkələri, habelə “Yandeks” və “Mail.Ru Group” xidmətlərinə çıxışı bağlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG