Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 06:50

NATO üzvləri mayın 25-də keçirilən toplantıda alyansın İŞİD əleyhinə koalisiyada iştirakına razılaşacaqlar. Ancaq alyans döyüş əməliyyatlarına qatılmayacaq. Bunu NATO-nun baş katibi Jens Stoltenberg deyib.

«Bu, NATO-nun terrorçuluqla mübarizə öhdəliyinə dair güclü mesaj olacaq», – Stoltenberg alyans üzvlərinin Brüssel görüşündən öncə söyləyib.

NATO üzvləri koalisiyaya ayrı-ayrılıqda qoşulublar. Koalisiya İraq və Suriyada «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasına qarşı mübarizə aparır.

Görüşdə əsasən iki mövzu ətrafında müzakirə aparılacaq: NATO-nun 28 üzvünün müdafiə xərclərini artırması və terrorçuluqla mübarizə. Elə bu həftə İngiltərənin Mançester şəhərindəki hücumda 22 nəfər həlak olub.

J.Stoltenberg onu da deyib ki, NATO Avropada terrorçuluqla daha yaxşı mübarizə məqsədilə plan razılaşdıracaq və antiterror əməliyyatları üzrə koordinator təyin edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG