Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 03:26

NATO üzvləri Trump-a göstərmək istəyirlər ki...


D.Trump Brüsseldə

Mayın 25-də ABŞ prezidenti Donald Trump NATO-nun Brüsseldəki qərargahında alyans üzvləriylə görüşəcək.

Təxminən bir il öncə Trump NATO-nun «köhnəlmiş» qurum olduğunu deyirdi. NATO üzvləri ümid edirlər ki, ABŞ prezidentinə bunun belə olmadığını göstərə biləcəklər.

Görüşdə əsasən iki mövzu ətrafında müzakirə aparılacaq: NATO-nun 28 üzvünün müdafiə xərclərini artırması və terrorçuluqla mübarizə. Elə bu həftə İngiltərənin Mançester şəhərindəki hücumda 22 nəfər həlak olub.

ABŞ dövlət katibi Rex Tilerson Brüsselə gedərkən təyyarədə jurnalistlərə deyib ki, ilk dünya turnesinə çıxan Trump NATO üzvlərinin öhdəliklərinə əməl etməsini, ümumi daxili məhsulun 2 faizi müdafiəyə xərcləməsini istəyir.

ABŞ, Böyük Britaniya, Polşa, Estoniya və Yunanıstan ötən il bu öhdəliyə əməl edib. Latviya, Litva və Rumıniya isə hədəfə yaxınlaşıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG