Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 18:06

Bankın önündə özünü yandıran reanimasiyadadır


Özünü yandıranın oğlu: Atamı bank borcları bu vəziyyətə qoydu
Gözlə

No media source currently available

0:00 0:15:06 0:00

Özünü yandıranın oğlu: Atamı bank borcları bu vəziyyətə qoydu

«Ramiz Manafovun sağlıq durumu ağır olaraq qalır».

Bunu R.Manafovun yerləşdirildiyi 5 saylı Kliniki Xəstəxananın yanıq şöbəsindən bildiriblər.

Şöbədən verilən məlumata görə, R.Manafov mayın 24-dən reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər onu da bildiriblər ki, R.Manafov əsasən üz, boyun nahiyələrindən yanıq xəsarəti alıb.

XATIRLATMA

R.Manafovun mayın 24-də «Bank Respublika»ın «Azneft Meydanı»ndakı filialı önündə özünü yandırdığı bildirilir.

«Yerli Müsavat» qəzetinin xəbərinə görə, onun bankda kredit məsələsi ilə bağlı mübahisəsi olub. Sonra bankdan çıxaraq, gətirdiyi benzini üzərinə tökərək özünü yandırıb. Onun arxasınca çıxan bankın işçiləri və mühafizə xidmətinin əməkdaşları yanğınsöndürən balonla alovu söndürüblər.

Məsələ ilə bağlı «Bank Respublika»dan, hələlik, münasibət almaq mümkün olmayıb. Bankın mərkəzi ofisindən mayın 24-də deyiblər ki, gün ərzində özləri açıqlama verəcəklər. Ancaq sonra açıqlama yayılmayıb.

2015-ci ildə manatın iki dəfə devalvasiyasından sonra əhalinin bankdan dollarla götürülən kreditləri ödəmək sahəsində ciddi problemləri yaranıb. Bundan əvvəl də bəzi insanlar banka kredit borclarına görə intihar ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG