Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 19:58

İrana daha çox sanksiya qoyula bilər


Steve Mnuchin

ABŞ xəzinədarlığının rəhbəri mayın 24-də Konqresə deyib ki, İrana sanksiyaların artırılmasının yollarını axtarır. Daha öncə «Boeing» və «Airbus» şirkətlərinə İrana təyyarə satmaqdan ötrü verilmiş lisenziyalara da yenidən baxılır.

«Amerikalıların həyatını qorumaq üçün İran, Suriya və Şimali Koreyaya əlavə sanksiyalar qoymaqdan ötrü gücümüz daxilində hər şeydən istifadə edəcəyik», – maliyyə naziri Steve Mnuchin Nümayəndələr Palatasının komitəsində bildirib.

O, həmin məsələnin diqqət mərkəzində olduğunu, bunu prezidentlə müzakirə etdiyini söyləyib.

Xəzinədarlıq təyyarə satışına lisenziyanı ötən il verib. İran dünya gücləriylə nüvə sazişini imzalayandan sonra ona iqtisadi sanksiyalar qaldırılıb. Tehranın nüvə fəaliyyətinə məhdudiyyətlər qoyan bu sazişdən sonra əldə olunmuş ən böyük biznes sövdələşmələrindən biri elə təyyarə satışıdır.

İran deyir ki, razılaşmaların dayandırılması nüvə sazişinin pozulması demək olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG