Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:11

Nalbandian:"Yerevan viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlamaq istəyir


Edward Nalbandian və Federica Mogherini

“Avropa Birliyi Ermənistanla münasibətlərin dərinləşdirilməsini davam etdirməyə hazırdır”.

Azadlıq Radiosu Ermənistan xidmətinin məlumatına görə, bunu mayın 23-də Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherine Brüsseldə Ermənistan-Avropa Birliyi Əməkdaşlıq Şurasının iclasında deyib.

Qeyd edək ki, Yerevanla Brüssel iki ay bundan əvvəl hərtərəfli və geniş tərəfdaşlıq haqda yeni saziş paraflayıblar.

Tərəflər hesab edir ki, bu ikitərəfli münasibətlərdə yeni səhifə açacaq.

Mənbənin yazdığına görə tərəflər noyabrda Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitində belə bir razılaşma imzalanacağına ümidlə yanaşdığını bildiriblər.

Ermənistanın xarici işlər naziri Edward Nalbandian bildirib ki, Ermənistan viza rejiminin liberallaşdırılması ilə bağlı Avropa Birliyi ilə danışıqlara başlamaq fikrindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG