Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:37

Dolma Festivalına hazırlıq gedir


Yarpaq dolması

İyun ayında Xaçmaz şəhərində ikinci beynəlxalq Dolma festivalı keçiriləcək. Festival Mədəniyyət və Turizm Nazirliyinin, Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq.

Tədbir Çənlibel istirahət parkında təşkil olunacaq.

Festivalda Azərbaycanın bölgələrində və dünyanın bir sıra ölkələrində müxtəlif çeşiddə bişirilən dolmaların nümayiş etdirilməsi planlaşdırılır.

Buna da bax:​ Şoppinq festivalın nəticələri nə oldu?

İştirakçılara müxtəlif nominasiya üzrə mükafatlar təqdim olunacaq.

Təşkilatçıların açıqlamasına görə, festivalın keçirilməsində məqsəd dolma növlərinin aşkara çıxarılaraq yerli və beynəlxalq ictimaiyyətə təqdim olunmasıdır.

İlk beynəlxalq Dolma festivalı ötən il iyulun 1-də keçirilib. Həmin tədbirdə 300 növ dolma sərgilənib.

Həmin festivalda türkdilli dövlətlərlə yanaşı, dünyanın bir neçə ölkəsindən, o cümlədən İndoneziya və Ukraynadan gəlmiş qonaqlar da iştirak ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG