Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 18:06

Ukraynada korrupsiya əleyhinə kütləvi reydlər keçirilir


Foto arxiv

Ukraynada korrupsiyada şübhəli bilinən şəxslərə qarşı kütləvi reydlər keçirilir.

Azadlıq Radiosunun müxbiri Vladimir İvaxnenkonun Kiyevdən verdiyi məlumata görə, bu barədə hərbi prokuror Anatoli Matios və daxili işlər naziri Arsen Avakov mayın 24-də keçirdikləri fövqəladə brifinqdə məlumat veriblər.

Əməliyyata 1700 polis əməkdaşı və 500-dək hərbi prokuror cəlb edilib.

Ölkənin 15 vilayətində reydlər keçirilir.

Məlumata görə axtarışlar əsasən “Maydan” hərəkatından sonra Rusiyaya qaçmış keçmiş vergilər naziri Aleksandr Klimenkonun işi ilə bağlıdır.

Baş prokuror Yuri Lutsenko Ali Rada-da korrupsiyaya qurşanmış bu şəxslərin ölkəyə 10 milyard dollarlıq ziyan vurduqlarını bildirib.

Artıq keçmiş prezident Viktor Yanukovich dövrünə aid 20-dən çox keçmiş yüksək vəzifəli məmurun həbs edildiyi bildirilir.

Onların əksəriyyəti Dnepropetrovsk, Luqansk, Poltava, Xarkov viləyətləri və Kiyevdəki vergi orqanlarının keçmiş rəisləri və onların müavinləridir.

Regionlarda saxlananlar təyyarə və vertolyotlarla xüsusi əməliyyat qərargahına gətirilir, ordan isə Kiyev Peçersk rayon məhkəməsinə aparılırlar.

Bundan əvvəl Ukrayna hakimiyyətinin keçmiş prezident Yanukovich və onun ətrafına məxsus hesablardan 1,5 milyard dolları müsadirə etməsi barədə məlumat verilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG