Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:08

Britaniyada bütün ictimai tədbirlər ləğv edilib


Foto arxiv

Britaniya parlamenti mayın 22-də Mançesterdə törədilən terror aktına görə bütün ictimai tədbirləri ləğv edib.

Xatırladq ki, həmin terror aktı nəticəsində 22 nəfər ölüb.

64 yaralıdan isə 20-si ağır vəziyyətdədir.

Polis hesab edir ki, bu partlayışı törədən intiharçı, Salman Abedi adlı yerli sakindir.

Onun əslən Liviyadan olduğu bildirilir.

Britaniya daxili işlər nazirliyinin məlumatına görə, Abedi Liviyadan bu yaxınlarda qayıdıbmış.

Fransa xüsusi xidmətinin məlumatına görə,onun “İslam dövləti” qrupu ilə əlbir olması ilə bağlı sübutlar var.

Qeyd edək ki, həmin hücuma görə cavabdehliyi bu qrup üzərinə götürüb.

Mayın 24-də Mançesterdə bu partlayışda əli olmaqda şübhəli bilinən daha 3 nəfər həbs edilib.

Bir gün əvvəl bu terror aktında əli olmaqda şübhəli bilinən 23 yaşlı oğlanın saxlandığı bildirilirdi.

Böyük Britaniyada terror təhlükəsinin səviyyəsi kritik həddə qaldırılıb, şəhərlərdə gücləndirilmiş polislərlə yanaşı hərbçilər də patrul xidmətinə çıxarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG