Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 07:20

Roma papası ABŞ prtezidenti Donald Trum-ı qəbul edib


Papa Francis, Donald Trump, Melania Trump və Ivanka Trump

ABŞ prezidenti Donald Trump mayın 24-də Vatikana səfər edib və Roma papası Francislə görüşüb.

Görüş təxminən yarım saat çəkib.

Donald Trum Vatikandakı Apostol Kitabxanası ilə tanış olub.

Bundan sonra tərəflər bir-birlərinə rəsmi hədiyələr veriblər.

Romama Papası Trump-a üzərində sülh rəmzi olan zeytun ağacının miniatür görüntüsü olan hədiyyə bağışlayıb.

Donald Trump isə papaya Martin Lyutter Kinqin kitabını bağışlayıb.

Sonra isə papa ABŞ-ın birinci xanımı Melaniya Trump, Trump-ın qızı İvanka və dövlət katibi Rex Tillersonda daxil olmaqla ABŞ prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Bundan sonra Donald Trum Romada İtaliya prezidenti Serco Mattarello və İtaliyanın baş naziri Paolo Centiloni ilə görüşüb.

ABŞ prezidenti NATO-nun sammitinə qatılmaq üçün Romadan Brüsselə yollanacaq.

Avropa və Yaxın Şərqə səfərinin sonunda isə böyük 7-lər ölkələrinin Siciliya sammitində iştirak etmək üçün yenidən İtaliyaya dönəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG