Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 18:19

Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) müşavir vəzifəsinə təyin olunub.

Bu barədə mayın 24-ü Rəyasət Heyətinin iclasında Akademiyanın prezidenti Akif Əlizadə bildirib.

Ə.Abbasov 2004-2015-ci illərdə rabitə və informasiya texnologiyaları naziri vəzifəsində çalışıb.

Onu 2015-ci il noyabrın 12-də İlham Əliyev işdən azad edib. Amma onun işdən azad edilməsi bu qurum və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəzifəli şəxslərinin istintaq cəlb edilməsi ilə eyni vaxta təsadüf edib. Həmin şəxslər mənimsəmə, qulluq səlahiyyətini aşma və digər ağır cinayətlərdə ittiham ediliblər.

Həmin il bunun ardınca da MTN ləğv edilib. Nazirliyin bazasında iki qurum - Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. O vaxt mətbuat yazırdı ki, ölkənin yüksək rabitə xidmətlərindən istifadə edərək, ölkənin rəhbər şəxslərinin danışıqları gizli şəkildə dinlənilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG