ABŞ prezidenti hüquqi məsələlər üzrə müşavirini özünə «Rusiya istintaqı»nda vəkil tutub. Hazırda ABŞ-ın kəşfiyyat qurumları Rusiyanın ötənilki prezident seçki kampaniyasına mümkün müdaxiləsini araşdırır.
«Fox Business News» və ABC-nin məlumatına görə, Donald Trump Nyu-Yorkda mənzillənən Marc Kasowitz-i özünə vəkil götürüb. Kasowitz onu təhqiqatda təmsil edəcək. Hazırda təhqiqata Ədliyyə Departamentinin xüsusi prokuroru Robert Mueller başçılıq edir.
Kasowitz Trump-ı 15 ildir təmsil edir, ancaq cinayət işlərinə çıxan vəkil kimi tanınmayıb.
Ötənilki prezident kampaniyası zamanı Kasowitz «The New York Times» qəzetini məhkəməyə verməklə hədələyib. Qəzetdən iki qadının Trump-a qarşı iddialarını təkzib etməsi istənilib. Ancaq qəzet həmin yazıya təkzib verməyib.
Kasowitz həmçinin, Trump Universitetinə qarşı fırıldaq iddialarının müdafiəsinə yardım göstərib.