Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 12:15

Britaniya polisi hücum təhlükəsinin qaldığını bildirir


Mançesterdə güclü partlayış - azı 22 nəfər ölüb
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Mançesterdə güclü partlayış - azı 22 nəfər ölüb

Mayın 23-də axşam Britaniya ordu hissələri ölkə ərazisində mühafizəni gücləndiriblər. Hüquq-mühafizə orqanları daha bir hücumun mümkün olduğunu bildirir. Bu arada polis bazar ertəsi axşam qanlı hücum törətmiş şəxsə yardım edəni axtarır.

«Manchester Arena»da törədilmiş hücumda 22 nəfər ölüb, 59 nəfər yaralanıb.

Baş nazir Theresa May deyib ki, partlayışın arxasında daha böyük qrupun dayanması ehtimalı var.

Ölkədə terror səviyyəsi «kritik» həddə qaldırılıb.

«Bu, təkcə hücumun böyük ehtimalla mümkünlüyünü deyil, daha bir hücumun qaçılmaz olduğunu göstərir», – May televiziya çıxışında deyib.

Ötən axşam minlərlə insan İngiltərədə küçələrə çıxaraq qurbanları anıb.

Polis Mançesterdə iki ərazidə reyd keçirib, 23 yaşlı bir nəfəri həbs edib. Hücuma görə məsuliyyəti «İslam Dövləti» (İŞİD) qruplaşması üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG