Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 23:21

Binali Yıldırım Tbilisidə gürcüstanlı həmkarı Georgi Kvirikashvili ilə görüşüb


Binali Yildirim və Giorgi Kvirikashvili

Türkiyənin baş naziri Binali Yıldırım Gürcüstanda rəsmi səfərdədir.

Rəsmi qarşılama mərasimi başa çatdıqdan sonra Gürcüstan və Türkiyənin baş nazirləri arasında görüş başlayıb.

Görüşün sonunda birgə mətbuat konfransı keçiriləcəyi gözlənilir.

Həmçinin səfər şərçivəsində Türkiyə-Gürcüstan Strateji Araşdırmalar Şurasının ikinci iclası keçirilir.

Baş naziri səfər zamanı xarici işlər naziri Mövlud Çavuşoğlu, energetika və təbii ehtiyatlar naziri Bera Albayrak, iqtisadiyyat naziri Nihat Zeybekçi, gömrük və ticarət naziri Bülənt Tüfəkçi, nəqliyyat naziri Əhməd Arslan, ədliyyə naziri Bəkir Bozdağ və kənd təsərrüfatı naziri Faruk Çelik müşaiyət edir.

Səfər Gürcüstan və Türkiyə arasında diplomatik münasibətlər qurulmasının 25-ci ildönümü ilə üst-üstə düşür.

Qeyd edək ki, iki ölkə arasındakı Strateji Əməkdaşlıq Şurası 2016-cı ildən başlayıb.

Bu iki ölkə energetika, ticarət, təhsil və mədəniyyət sahələrində yaxından əməkdaşlıq edirlər.

Türkiyə Gürcüstanın ən iri ticarət tərəfdaşlarından biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG