Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 12:44

Zakir Həsənov türkiyəli həmkarı ilə görüşüb


Zakir Həsənov

Müdafiə naziri Zakir Həsənov mayın 23-də Batumi şəhərində Türkiyənin milli müdafiə naziri Fikri İşık-la görüşüb.

Bu haqda Müdafiə Nazirliyi xəbər verir.

Xəbərə görə, tərəflər Azərbaycan ilə Türkiyənin hərbi əməkdaşlığının dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu deyiblər.

Görüşdə regional, qlobal səviyyədə sülhə, sabitliyə töhfə vermək məqsədilə fəaliyyətlərin davam etdirilməsi, birgə təlimlərin keçirilməsi və mütəxəssislərdən ibarət işçi görüşlərinin təşkili məsələləri müzakirə edilib.

Buna da bax:​ Müdafiə nazirlərinin Gürcüstan görüşü

Nazirlər hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərinə də diqqət ayırıblar.

Xatırlatma

Mayın 23-ü Batumidə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib.

Batumidə keçirilən üçtərəfli görüşdə bu ölkələr arasında hərbi əməkdaşlıq perspektivləri müzakirə edilib. Habelə, regional təhlükəsizlik və bölgədə həyata keçirilən iqtisadi layihələrin birgə mühafizəsi məsələləri nəzərdən keçirilib.

Buna da bax:​ Nazirlər Mançesterdəki terroru pislədilər

Belə üçtərəfli formatda əməkdaşlıq 2014-ci ildə başlayıb. Üç ölkənin müdafiə nazirləri ildə iki dəfə görüşürlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG