Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:17

Fərman Ceyranlının saxlanıldığı bildirilir


Fərman Ceyranlı

Gürcüstandakı “Lanset” klinikasının təsisçilərindən olan Fərman Ceyranlının saxlandığı bildirilir. Dələduzluqda şübhəli sayıldığı deyilən F. Ceyranlı verilən məlumatlara görə, dünən mayın 22-də saxlanıb.

Gürcüstan hüquq mühafizə qurumlarından bunu “Turan” İnformasiya Agentliyinə təsdiqləyiblər.

Bildirilib ki, hələlik, ona rəsmi ittiham irəli sürülməyib.

Buna da bax:​ «Lanset» özəl klinikasının baş həkimi və daha iki əməkdaşı saxlanılıb

Bir il əvvəl “Lanset” klinikasında həyata keçirilən transplantasiya əməliyyatlarında qanunsuzluğa yol verildiyi, klinikanın başqa rəsmiləri ilə birgə F. Ceyranlının da şübhəli qismində istintaq cəlb olunduğu söylənilir.

Hazırda onun Tbilisi Baş Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında saxlandığı deyilir.

Fərman Ceyranlı əslən Gürcüstandandır. O, 1980-ci ildə Bakıda N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.

Həmin vaxtdan 1 saylı Tbilisi şəhər klinik xəstəxanasında cərrahiyyə üzrə internatura keçib. 1982-ci ildən 1992-ci ilə qədər İ. M. Seçenov adına Moskva Tibb Akademiyasının cərrahi xəstəliklər kafedrasında əvvəlcə baş laborant, sonra isə elmi işçi və şöbə müdiri kimi fəaliyyət göstərib.

Buna da bax:​ Xaricdən həkim dəvət edən klinikalara qarşı tədbirlər görüləcək

F. Ceyranlı sonradan fəaliyyətini Azərbaycanda davam etdirib. 1993-cü ildən Azərbaycan Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M. Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. Eyni zamanda Səhiyyə Nazirliyinin baş cərrahı olub.

O, bir neçə il əvvəl Gürcüstana gedərək “Lanset” klinikasının yaradıcılarından biri olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG