Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 11:37

Donald Trump Betlehmdə Mahmud Abbasla görüşüb


Donald Trump və Mahmud Abbas

ABŞ prezidenti İsrailə səfərdən sonra mayın 23-də Fələstin müxtar ərazilərinə- İordan çayının qərb sahilindəki Betlehm şəhərinə səfər edib.

Səfər zamanı hər iki tərəfdə təhlükəsizlik tədbirləri gücləndirilib, havaya vertolyot qaldırılıb, yol boyu ABŞ prezidentini təhlükəsizlik qüvvələri və maşın karvanı müşaiyət edib.

Donald Trum Betlehmdə Fələstin prezidenti Mahmud Abbasla görüşüb.

O, İsraillə fələstinlilər arasında sülhə nail olmaq üçün əlindən gələni əsirgəməyəcəyini deyib.

Öz növbəsində Mahmud Abbas, İsraillə tarixi sülh sazişinə nail olmaq üçün ABŞ-la əməkdaşlığa hazır olduğunu deyib.

O qeyd edib ki, İsrail-Fələstin münaqişəsi dini xarakter daşımır, əsas problem Fələstin ərazilərinin işğalı və orda yeni qəsəbələr salınmasındadır.

Qeyd edək ki, Donald Trum bundan əvvəl İsraildə səfərdə olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG