Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 21:32

İ.Əliyev Britaniya baş nazirinə başsağlığı verib


Mançesterdə güclü partlayış - azı 22 nəfər ölüb
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Mançesterdə güclü partlayış - azı 22 nəfər ölüb

Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Theresa May-ə başsağlığı verib.

Prezident başsağlığı məktubunda yazır ki, Mançester şəhərində törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərləri sarsıntı ilə qarşılayıblar:

«Biz bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik. Baş vermiş faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə, Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram».

Mayın 22-si gecə saatlarında İngiltərənin Mançester şəhərində konsert zamanı partlayış baş verib. 22 nəfər ölüb, 50-ə qədər insan yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG