Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 15:25

Prezident qalib idmançılarla görüşüb [yenilənib]


İ.Əliyev və M.Əliyeva yarışları izləyir.

Mayın 23-ü «Bakı-2017» IV İslam Həmrəyliyi Oyunlarında qalib gələn idmançılar, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev, «Bakı-2017» IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri görüşdə iştirak ediblər.

Prezident İlham Əliyev görüşdə nitq söyləyib.

Sonra IV İslam Həmrəyliyi Oyunlarında ən yaddaqalan məqamları, Azərbaycan idmançılarının çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan daha çox medal qazanıb. 162 medaldan 75-i qızıl olub.

Buna da bax:​ M.Əliyeva: 'Azərbaycan idmançıları, sizin fədakarlığınız...'

Qızıl medalların sayına görə ikinci sırada Türkiyə, üçüncü sırada isə İran qərarlaşıb.

Mayın 12-dən 22-nə kimi Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib.

Yarışmada 54 ölkədən 3 mindən çox idmançı iştirak edib. Azərbaycanı oyunlarda 425 atlet təmsil edib.

* * *

İlham Əliyev: “İslamiada Azərbaycandan ötrü tarixi hadisədir”

“Azərbaycan idmançılarının IV İslam Həmrəyliyi Oyunlarında 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanması böyük tarixi qələbədir. Bu qələbənin çox möhkəm təməli var. Bu nailiyyətlər Azərbaycan dövlətinin inkişaf etdiyini göstərir”.

IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş ölkə idmançılarını, onların məşqçilərini və idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə prezident İlham Əliyev belə deyib.

APA-nın xəbərinə görə, prezident deyib ki, IV İslam Həmrəyliyi Oyunları uğurla keçib.

Buna da bax: Azərbaycan İslamiada-nın qalibi oldu

“IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda aparılan düşünülmüş siyasətin, o cümlədən idman sahəsindəki siyasətin bəhrə verdiyini nümayiş etdirdi. Bu gün idman ölkəmizdə ictimai proseslərdə xüsusi yer tutur. İdmançılara xüsusi münasibət var. Hər bir vətənpərvər insan idmançılarımızın uğurları ilə fəxr edir, qürur hissi keçirir”, prezident vurğulayıb.

İ. Əliyev əlavə edib ki, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycandan ötrü tarixi hadisədir.

“Bütün qurumlar yaxşı işlədi, bir ailə, bir komanda kimi eyni amala xidmət etdi. Uğurların təməlində dövlət qurumlarının sıx əlaqədə işləməsi amili dayanır”, deyən prezident bildirib ki, oyunların keçirilməsi ilə bağlı, artıq Azərbaycan standartları tətbiq olunub.

İ. Əliyevin deməsinə görə, Azərbaycan inkişaf edən müasir mütərəqqi güclü dövlət kimi tanınır və idmançıların uğurları bunu bir daha təsdiq edir.

Buna da bax:​ İdmançılara veriləcək mükafatlar açıqlanıb

“Oyunların əsas məqsədlərindən biri dostluğun, əməkdaşlığın gücləndirilməsi idi. Biz də buna nail olduq” deyən prezident vurğulayıb ki, Azərbaycan müsəlman aləmini qərb aləmi ilə birləşdirir:

“Müstəqilliyimiz ən böyük sərvətimizdir. IV İslam Həmrəyliyi Oyunlarında əldə etdiyimiz qələbə müstəqilliyimiz möhkəmləndirilməsinə verilən növbəti töhfə və hədiyyədir”.

Mayın 12-dən 22-nə kimi Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Yarışmada 54 ölkədən 3 mindən çox idmançı iştirak edib. Azərbaycanı oyunlarda 425 atlet təmsil edib.

Azərbaycan oyunlarda daha çox medal qazanıb. 162 medaldan 75-i qızıl olub.

Qızıl medalların sayına görə ikinci sırada Türkiyə, üçüncü sırada isə İran qərarlaşıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG