Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 00:50

Ötən il 31 milyon nəfər köçkünə çevrilib


Suriya qaçqınları üçün Türkiyədə çadır düşərgəsi

Ötən il münaqişələr, zorakılıq, təbii fəlakətlər 31 milyondan çox insanı ölkəiçi məcburi köçkünə çevirib. Bu haqda mayın 22-də yeni hesabat açıqlanıb. Hesabatı Daxili Köçkünlüyün Monitorinq Mərkəzi (IDMC) və Norveç Qaçqın Şurası (NRC) hazırlayıb.

Hesabatda məcburi köçkünlə (IDP) qaçqınlar arasında fərq qoyulur. Bildirilir ki, məcburi köçkün hüquqi status deyil, çünki bu şəxslər öz hökumətlərinin yurisdiksiyasında qalırlar. Sığınacaq məqsədilə beynəlxalq sərhədi keçən şəxslərsə qaçqın sayılır.

NRC baş katibi Jan Egeland deyib ki, hazırda məcburi köçkünlərin sayı qaçqınları üstələyir və məcburi köçkünlük məsələsi qlobal gündəmdə yerini tutmalıdır.

Hesabatda bildirilir ki, ötən il donor ölkələrdə qaçqınların yerləşdirilməsinə daha çox vəsait ayrılıb, nəinki məcburi köçkünlərin çox olduğu ölkələrə.

6.9 milyon nəfər münaqişələr səbəbindən məcburi köçkünə çevrilib. Onlardan 2.6 milyonu Saharaalatı Afrikada, 824 mini Suriyada, 659 mini İraqda, 653 mini Əfqanıstanda, 478 mini Yəməndədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG