Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:49

Trump Mahmud Abbas-la görüşə gedir


D.Trump Qüdsdə

ABŞ prezidenti Donald Trump mayın 23-də Vifleyemdə Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbas-la görüşməlidir. O, İsrail və İordan çayının Qərb sahilində səfərdədir.

Trump daha öncə İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşüb, Qüdsdə Qərb divarlarına baş çəkib. Bu, ABŞ prezidentinin yəhudilərin müqəddəs yerlərinə ilk ziyarətidir.

İlk xarici səfərinə çıxan Trump israillilərlə fələstinlilər arasında sülh paktının imzalanmasına doğru irəliləyiş əldə etmək istədiyini bildirib.

Rəsmilər Qüdsdən Vifleyemə doğru 20 dəqiqəlik yolda yüksək təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirirlər. Trump Qərb sahildə İsrailin ucaltdığı hasardan keçməli olacaq. Bu hasar İsrail və Fələstin sərhədi boyunca 700 kilometr uzunluqda çəkilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG