Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 17:45

Azərbaycan İslamiada-nın qalibi oldu


Prezident, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmalarına baxırlar.

IV İslam Həmrəyliyi Oyunları bu gün, mayın 22-də başa çatıb.

Medal sıralamasına görə, Azərbaycan yarışmanın qalibi olub. Azərbaycan ümumilikdə 162 medal qazanıb. Həmin medalların 75-i qızıl olub.

Azərbaycan atletləri, habelə 50 gümüş, 37 bürünc medal qazanıblar.

Türkiyə atletləri daha çox medal qazansalar da onlar, qızılların sayından asılı olaraq sıralamanın ikinci pilləsində yer alıblar.

Buna da bax:​ 54 ölkədən 3 min idmançı iqtisadi böhran keçirən ölkədə [video]

Türkiyə idmançıları 71 qızıl, 67 gümüş, 57 bürünc medal əldə ediblər. Medal sıralamasında 3-ü yerdə İran qərarlaşıb. Bu ölkənin atletlər 39 qızıl, 26 gümüş və 33 bürünc mükafat əldə ediblər.

IV İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 269 dəst medal qazanılıb.

Yarışa qatılan ölkələrdən 14-ü medal qazana bilməyib.

Rəsmi açılışı mayın 12-də olan IV İslam Həmrəyliyi Oyunlarının bu gün, mayın 22-də qapanış mərasimi keçiriləcək.

Buna da bax:​ Təntənəli açılış... [media icmalı]

Yarışmada 54 ölkədən 3 mindən çox idmançı iştirak edib. Azərbaycanı oyunlarda 425 atlet təmsil edib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG