Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:48

Qasırğa İsmayıllıda 30 evə, binalara ziyan vurub


Güclü külək. Foto arxiv

Mayın 21-i güclü külək və leysan ölkənin bəzi bölgələri kimi, İsmayıllı rayonunda da fəsadlar törədib. Nəticədə onlarla evə, binaya ziyan dəyib.

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev deyib:

«Mayın 21-i axşamüstü həm güclü külək qalxdı, həm də leysan yağışlar oldu. İndi dəyən ziyanın nəticələri aradan qaldırılır».

R.Ağayev vurğulayır ki, İsmayıllı şəhərinin rabitə və elektrik sisteminə ciddi ziyan dəyib:

«Güclü külək ağacları 8 kommunal binanın üzərinə aşırıb. Daha 30 şəhər sakini evlərinə ziyan dəyməsi ilə bağlı komissiyaya müraciət edib. Ağacın üzərinə yıxılması nəticəsində bir avtomobil əzilib».

R.Ağayev deyib ki, hazırda İsmayıllı şəhərində rabitə və elektrik sisteminin bərpası ilə bağlı işlər davam edir.

Güclü külək Göyçay və Zərdab rayonlarında da oxşar fəsadlar törədib. Meyvə bağlarına, əkin sahələrinə ziyan dəydiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG