Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 22:02

Mayın 22-də ABŞ prezidenti Donald Trump-ın İsrailə iki günlük səfəri başlanır. Trump səfərinin əsas məqsədini israillilərlə fələstinlilər arasında sülh paktı – «yekun razılaşma» əldə etməklə bağlayır.

Trump İsrailin baş naziri Benjamin Netanyahu və Fələstin prezidenti Mahmoud Abbas-la ayrı-ayrılıqda görüşəcək, 2014-cü ildən dalana dirənmiş sülh danışıqlarını yerindən tərpətməyə çalışacaq.

Ancaq Trump-ın köməkçiləri bu səfərdən böyük gözləntilərin olmadığını, sadəcə, simvolik jest sayıldığını bildiriblər.

ABŞ-ın İsraildəki səfiri David Friedman yerli qəzetlərin birinə müsahibəsində deyib ki, Trump-ın məqsədi, sadəcə, «sülhə apara biləcək müzakirəni başlatmaqdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG