Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 12:29

Göyçaya dolu düşüb, elektrik kəsilib...


Foto arxiv

Bu gün, mayın 21-igündüz saatlarında Göyçay rayon mərkəzinə leysan yağışı, kəndlərə isə dolu düşüb.

Dolu və qasırğanınrayon təsərrüfatına ciddi ziyan vurduğu bildirilir.

Bu barədə Azadlıq Radiosunu məlumatlandıran yerli sakinlərdən Niman Əsgərov deyib ki, əsas ziyan meyvə-tərəvəz və taxıl sahələrinə dəyib.

“Evlər və sosial obyektlərin dam örtüyünə, hətta avtomobillərə də ziyan dəyib. Güclü küləyin təsiri nəticəsində iri gövdəli çinar ağacları, elektrik dirəkləri aşıb, naqillər qırılıb. Rayonun enerji təsərrüfatı və rabitə sistemində də müəyyən problemlər yaranıb. Rayon mərkəzi və kənd yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatı dayanıb. Kəndlərdə bir sıra həyətyanı sahələri su basıb, meyvələr, yarpaqlar tökülüb, taxıl zəmilərini su basıb ”.

Günün bütün mövzuları

XS
SM
MD
LG