Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 01:51

Britaniya Avropa Birliyini danışıqlardan çıxmaqla hədələyir


David Davis

Britaniyanın Avropa Birliyindən çıxma üzrə naziri David Davis xəbərdarlıq edib ki, əgər Brüssel çıxmaq üçün Böyük Britaniyadan 100 milyard avro ödəməyi tələb etməkdə davam eləsə, London danışıqları dayandıracaq.

Avropa Birliyi Breksitə görə ona məhz bu qədər ziyan dəydiyini deyir.

David Davis isə The Sunday Times-a deyib ki, əgər Avropa Birliyi uğurlu danışıqlar istəyirsə, onda mövqeinə yenidən baxmalı olacaq.

Avropa Birliyindən çıxmağa görə Britaniyadan bu məbləği Fransa ilə Almaniya tələb edir.

Xatırladaq ki, ötən ilin iyununda Böyük Britaniyada keçirilən referendumda əhalinin 51 faizi ölkənin Avropa Birliyindən çıxmasına səs verib.

Analitiklər hesab edir ki, bu Britaniya iqtisadiyyatına pis təsir göstərə bilər.

Baş nazir Tereza Meyin özü də hələ referendumdan əvvəl bankirlərə xəbərdarlıq edibmiş ki, bunun mənfi nəticələri ola bilər.

Referendumdan sonra funt-sterliqin məzənnəsi düşməyə başladı.

Günün bütün mövzuları

XS
SM
MD
LG