Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 04:58

Suriyanın Homs şəhərini sonuncu üsyançı ailələri və onların ailələri tərk etməkdədir. Bununla da şəhər prezident Bashar al-Assad hökumətinin tam nəzarətinə keçir.

Suriya dövlət televiziyası mayın 20-də bildirib ki, növbəti səhərədək bütün üsyançılar şəhəri tərk etmiş olacaq. Bu şəhər beş il idi müxalifətin nəzarətində idi.

Buna da bax:​ ABŞ zərbələrindən Suriyada 8 nəfər ölüb

Dövlətə məxsus SANA agentliyi bildirib ki, 103 silahlı daxil olmaqla, 400 nəfər mayın 20-də axşamadək Al-Waer bölgəsindən çıxıb və şimaldakı Carablus şəhərinə doğru irəliləyib. BU şəhər Türkiyəylə sərhəddə yerləşir.

Son aylar Suriyanın üsyançıların nəzarətində olan bir neçə şəhər bir müddət hökumət qüvvələrinin mühasirəsində qalandan sonra beləcə boşaldılıb. Hökumət evakuasiyanın barışıq anlaşması çərçivəsində baş verdiyini bildirir. Müxalifətsə əsas şəhərlərin Assad opponentlərindən məcburən təmizləndiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG