Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:09

Türkiyə liderliyi ələ alıb


Foto arxiv

IV İslam Həmrəyliyi Oyunlarının sonuna 2 gün qalmış Türkiyə medal sıralamasında yenidən birinci pilləyə yüksəlib. Türkiyəli idmançılar buna tennisdə ardıcıl əldə etdikləri qələbələr hesabına nail olublar.

Hazırda Türkiyə atletlərinin hesabında 64 qızıl medal var.

Azərbaycan idmançıları da eyni sayda qızıl qazanıblar. Ancaq türkiyəli atletlər ümumi hesablamada daha çox medal qazanıblar. Onlar indiyədək 166 medal əldə ediblər. Həmin medalların 56-sı gümüş, 46-sı isə bürüncdür.

Medal sıralamasında ikinci olan Azərbaycanisə ümumilikdə 127 medal qazanıb. 64 qızıl, 36 gümüş, 27 bürünc.

İran idmançıları sıralamada 3-cü pillədədir. Onlar 20 qızıl, 24 gümüş, 31 bürünc medal qazanıblar.

İslamiadaya start veriləndən bu yana 18 ölkə medal qazana bilməyib.

IV İslam Həmrəyliyi Oyunları mayın 22-nə kimi davam edəcək. Azərbaycana bununla bağlı 54 ölkədən 3 mindən çox idmançı gəlib.

İdmanın 21 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparırlar. Azərbaycanı bu oyunlarda 425 atlet təmsil edir. Yarışların rəsmi açılışı mayın 12-də olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG