Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 04:17

Fövqəladə Hallar Nazirliyinin (FİN) tabeliyində olan iki qurum birləşdirilib. Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi və Sularda Xilasetmə Xidməti bundan sonra birgə fəaliyyət göstərəcək.

Bu Nazirlər Kabinetinin (NK) qəbul etdiyi qərarda nəzərdə tutulur. Qərar NK-nin saytında yayılıb.

Nazirlər Kabinetinin qərarına əsasən, adıçəkilən qurumların bazasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti fəaliyyət göstərəcək.

Dəyişiklik “Fövqəladə hallarla mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan prezidentinin 2016-cı ilin noyabrında qəbul etdiyi fərmana əsasən edilib.

Son iki ildə Azərbaycanda bir sıra qurumlar birləşdirilib, ayrı-ayrı nazirlik və komitələrin bəzi şöbələri ləğv edilib. Ekspertlər bu prosesi neftin qiymətinin ucuzlaşmasından sonra dövlətin xərclərinin azaldılması kimi izah edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG