Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:26

Donald Trump ilk xarici səfərinə Səudiyyə Ərəbistanından başladı


Salman bin Abdulaziz Al Saud və Donald Trump

ABŞ prezidenti Donald Trump ilk xarici səfərinə Səudiyyə Ərəbistanından başlayıb.

Bu barədə Azadlıq Radiosu mayın 20-də Reuters və digər informasiya agentliklərinə istinadla xəbər verir.

Məlumata görə səfər zamanı onu xanımı Melania Trump və digər ölkə nümayəndələri müşaiyət edir.

ABŞ prezidentinin mayın 21-də Ər Ryadda keçiriləcək regional sammitdə çıxışı olacaq.

Prezidentin çıxışı əsasən “İslam dövləti” qrupu ilə mübarizəyə yönələcək.

Donald Trump regiona səfəri çərçivəsində həmçinin İsrail, Vatikan, Belçika və Sicilyaya edəcək.

ABŞ prezidenti Sicilyada böyük 7-lər ölkələrinin sammitində iştirak edəcək.

Məlumatlara görə Donald Trump Ər Ryada səfəri zamanı keçmiş prezident Barack Obama dövründə bir qədər gərginləşmiş ikitərəfli münasibətləri yaxşılaşdırmağa çalışacaq.

Brüsseldə isə NATO olkələri rəhbərlərinin qeyri-rəsmi görüşünə qartılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG