Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 05:20

Əfqanıstanın vitse-prezidenti Türkiyəyə gedib


Abdul Rashid Dostum

Əfqanıstanın vitse-prezidenti Abdul Rashid Dostum Türkiyəyə yollanıb. Onun media müşaviri Yaseen Khamosh mayın 19-da AzadlıqRadiosu-na deyib ki, Dostum Türkiyəyə müalicə məqsədiylə gedib.

Daha bir rəsmi də onun Türkiyədə müalicə bitəndən sonra qayıdacağını söyləyib.

Buna da bax:​ Əfqanıstanda ordu rəhbərləri istefa verib

Bu arada Əfqanıstandan gələn məlumatlara görə, Dostum tərəfdarları ötən il onun siyasi rəqibini oğurlayıblar. Bu iddialar ortaya çıxandan yerli və beynəlxalq qurumlar araşdırma aparılmasına, Dostum-un mühakimə olunmasına çağırıblar.

Əfqanıstan parlamentinin üzvü Bashid Ahmad Tayanj, Dostum-un adam oğurluğunda iştirakıyla bağlı iddialar üzündən mühacirətə qaçmasına dair spekulyasiyanı rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG