Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:15

İranda adamlar gecəyarısınadək səs veriblər


Seçki bülleteni

İranda səsvermə məntəqələri bağlanıb. Seçkidə əsas mübarizə hazırkı prezidenti Hassan Rohani ilə mühafizəkar, keçmiş prokuror Ebrahim Raisi arasında gedib.

81 milyon əhalisi olan, ruhanilərin idarə etdiyi İran yüksək işsizlik və iqtisadi problemlər məngənəsində sıxılır.

Səsvermə ilkin olaraq yerli vaxtla axşam 6-dək olacaqdı, ancaq vaxtı 3 dəfə uzadılıb. Bu, seçkiyə gələnlərin sayının həddən artıq çox olması, ölkənin müxtəlif yerlərindəki səsvermə məntəqələrində uzun növbələrin yaranmasıyla izah olunub.

Buna da bax:​ İranda seçkiöncəsi gərginlik [video]

Dünyanın onlarla ölkəsində İran vətəndaşları üçün seçki təşkil edilib.

Dövlət televiziyasının məlumatına görə, adamlar gecəyarısınadək səs veriblər.

Dövlətə məxsus Press-TV-nin vebsaytının baş redaktoru Mohammad Hashemi Twitter-də yazıb ki, 40 milyondan çox adam səs verib və seçicilərin 72 faizi prosesə qatılıb.

XS
SM
MD
LG