Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:54

Ukraynada Stalin və Beriyaya cinayət işi açıldı


Sovet lideri Stalin (arxa planda) və sovet təhlükəszilik orqanlarının rəhbəri Beiya Stalinin daçasında onun qızı Svetlana ilə (1935)
Sovet lideri Stalin (arxa planda) və sovet təhlükəszilik orqanlarının rəhbəri Beiya Stalinin daçasında onun qızı Svetlana ilə (1935)

Ukrayna rəsmiləri sovet diktatoru İosif Stalin və onun məxfi polisinin rəisi Lavrenti Beriya barəsində İkinci Dünya Müharibəsi illərində minlərlə müsəlman Krım tatarının ölümü ilə nəticələnmiş deportasiyaya görə cinayət işi qaldırıblar.

Cinayət işinin açılması barədə məlumatı mayın 18-də Ukraynanın baş prokurorluğu verib. Bu, Ukrayna prokurorluğunun tarixin acı səhifələrinə dair başlatdığı növbəti cinayət araşdırmasıdır. Bundan əvvəl 1930-cu ildə baş vermiş aclıq və ya Ukrayna tarixində “qolodomor” kimi tanınan hadisə ilə əlaqədar cinayət işi qaldırılıb. Həmin aclıq nəticəsində milyonlarla ukraynalının öldüyü məlumdur.

Bu hadisə şəksiz olaraq Kremlin qıcıqlandıracaq, çünki xüsusilə də 2014-cü il Kiyev etirazlarından bəri Moskva Rusiyanın tarixi keçmişinə bəzək-düzək vurub bəraət qazandırmaqla məşğuldur.

2017-ci il, may, Sokolniki metro stansiyası. Moskva Stalin kultunu dirçəltməklə məşğuldur
2017-ci il, may, Sokolniki metro stansiyası. Moskva Stalin kultunu dirçəltməklə məşğuldur

Maydan hadisələri Moksvanın Krım yarımadaslını ilhaq etməsi ilə nəticələnib. Əsrlərdir yarımadanın sakini olan Krım tatarları bu işğala etirazlarını bildirmiş və buna görə də Moskva tərəfində siyasi repressiyalara məruz qalmışlar.

Ukraynanın ədliyyə naziri Pavlo Petrenko mayın 19-da verdiyi bəyanatda cinayət işinin qaldırılmasını “tarixi ədalətin bərpası” adlandırıb.

1944-ci ildə Stalin türkduilli müsəlman tatarları nasist Almaniyası ilə əlbirlikdə ittiham edərək onların Sibir və Mərkəzi Asiyaya deportasiya olunmasına sərəncam verib.

Tarixçilərin təxminlərinə görə o vaxt əksəriyyətini Krım tatarları təşkil edən 250 min insan öz evlərindən deportasiya edilib. On minlərlə tatar Sibirə gedən yollarda və elə orada acından və xəstəliklərdən tələf olub.

Mayın 18-də Ukrayna boyunca Krım tatarlarının deportasiyasının ildönümü yad edilib
Mayın 18-də Ukrayna boyunca Krım tatarlarının deportasiyasının ildönümü yad edilib

Krım tatarları yalnız 1980-ci illərin sonunda Mixail Qorbaçovun “perestroyka” islahatları zamanı geri qayıda biliblər.

1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Krım tatarları ilə Kiyev arasındakı münasibətlər mürəkkəb olub, lakin indi Rusiya repressiyaları şəraitində Ukrayna Krım tatarlarının hüquqlarının müdafiəsinə qalxıb.

Ukrayna deportasiyaları mayın 18-də bütün ölkə boyunca keçirilən tədbirlərlə yad edib.

Stalin 1953-cü ildə ölüb. Beriya bundan bir neçə ay sonra edam edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG