Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:39

Bakıda Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək


Türkiyənin mədəniyyət və turizm günləri
Türkiyənin mədəniyyət və turizm günləri

Mayın 20-21-də Bakıda, Sabir bağında Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək.

Azərbaycan Milli Turizm Təbliğat Bürosundan AzadlıqRadiosu-na verilən xəbərə görə, tədbir “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bu qurumun təşəbbüsü ilə keçirilən İslam ölkələrinin “Mədəniyyət günləri” çərçivəsində və Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Turizm Müşavirliyinin təşkilatçılığı ilə baş tutacaq.

İstanbul Böyükşəhər Bələdiyyəsinin də dəstək verdiyi tədbirə Türkiyədən 100 nəfərə yaxın sənət ustası qatılacaq.

Buna da bax:​ Türkiyə liderliyini möhkəmlədib

Tədbir iki gün ərzində səhər saat 11-00-dan gecə 00:00-dək davam edəcək.

Ziyarətçilərə saat 15:00, 16:00, 19:00, 20:00 və 21:00-da bir-birindən maraqlı konsertlər təqdim olunacaq.

Tədbirdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Xalq Rəqsləri Ansamblı, Tarixi Mehtaran Ansamblı, Türk xalq musiqisindən Volkan Gözüböyük, Meltem Seyfelioğlu, Türk sənət musiqisindən Günay Şimşek, Yıldız Çam Özdemir kimi görkəmli sənət ustaları iştirak edəcəklər.

Bundan başqa Türkiyənin Dövlət Operasının məşhur tenoru Emrah Sözer və soprano Aslı Kıyıcı ziyarətçilərə ayrı-ayrı operalardan parçalar təqdim edəcəklər.

Buna da bax: “İçəri Şəhər” bədii filmi kinoteatrlarda göstərilməyə başlayır

Tədbirin xüsusi qonaqları arasında Niran Ünsal və Burak Kut kimi populyar müğənnilər də var.

N. Ünsal şənbə, B. Kut isə bazar günü saat 21:00-da pərəstişkarları ilə görüşəcək.

Sabir bağında iki gün ərzində Türkiyənin çini (dulusçuluq), ebru, hüs-i hat, naxış-telqırma-telsarıma, sədəfkarlıq və digər əli işi sənəti ustaları öz məharətlərini göstərəcəklər.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin özəl nəşrləri, təbliğat materialları, Türk Dünyası Vəqfinin kitabları və türk yazıçı-şairlərinin Azərbaycanda çap olunmuş əsərləri sərgilənəcək.

Buna da bax:​ Nəsimi vəfatından 600 il sonra UNESCO-da...

Meydandakı böyük ekranlarda Türkiyənin tanıtım filmləri nümayiş olunacaq.

Açılış mərasimi mayın 20-də saat 18:00-da olacaq.

Mərasimdə Türkiyənin Azərbaycandakı Səfirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Milli Turizm Təbliğat Bürosunun rəsmi nümayəndələri, media mənsubları və çoxsaylı qonaqlar iştirak edəcəklər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG