Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 16:58

Mayın 20-si Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Ancaq gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 14-16, gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Ancaq gündüz şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Gecə 13-18, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti təxmin edilir.

Departament xəbərdar edir ki, mayın 22-nə kimi ölkə ərazisində hava qeyri-sabit keçəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG